“Raytheon” raket sistemləri ilə bağlı yeni təsisatlar açıb

2018/05/23423_1526029777.jpg
Oxunub: 1896     17:08     11 May 2018    
“Raytheon” kompaniyası “Tucson” əməliyyatları üzrə potensialı və imkanlarını artırmaq məqsədilə yeni obyektlər təsis edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 2 min nəfərin işləyəcəyi yeni strukturun açılış mərasimi dünən baş tutub.

Qeyd edək ki, “Raytheon” ən qabaqcıl aerokosmik və müdafiə texnologiyalarının dizaynlaşdırılması, istehsalı və sınağının həyata keçirilməsi işlərini intensivləşdirməyi planlaşdırır.

Bu məqsədlə həyata keçirdiyi genişlənmə proqramının 2020-ci ildə tamamlanması gözlənilir. Bu proqrama aşağıdakılar daxildir:

Yeni binalar
İnfrastruktur yenilənməsi
Mühəndislik və istehsalın artırılması
Yüksək güclü hesablama imkanları

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Raket-sistemləri  


Bizi "telegram"da izləyin