İsrailin məhv etdiyi “Pantsir-S1” kimindir? – VİDEO

2018/05/2003-Pantsir-S1_1526018900.jpg
Oxunub: 3032     14:07     11 May 2018    
İsrail Müdafiə Ordusunun mətubat xidmət “Pantsir-S1” zenit raket kompleksinin məhv edilməsinin görüntülərini yayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ZRK-ların kimə məxsus olması böyük maraq doğurur.

Məlumatda qeyd edilir ki, Suriyaya İsrail Hərbi Hava Qüvvələri tərəfindən 70-ə yaxın raket buraxılıb. Rusiya MN isə öz bəyanatında bu raketlərdən təxminən yarısının zərərsizləşdirildiyini açıqlayıb.

İsrail KİV-lərində yayılan məlumatlarda qeyd edilir ki, aviazərbələrin endirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin təyyarələri hava hücumundan müdafiə vasitələrindən açılan atəşlə üzləşiblər.

Cavab olaraq isə hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilib. Zərbəyə tuş gələn sistemlərdən biri də Rusiya istehsalı olan “Pantsir-S1”dir. Bu sistem Əlcəzair, Braziliya, BƏƏ, İraq, Oman və s. ölkələrin silahlanmasında da yer alıb. Rusiya ordusunun silahlanmasında isə 44-dən az olmamaq şərti ilə belə zenit raket kompleksi var.

İsrail KİV-lərində qeyd edilir ki, məhv edilən “Pantsir” Suriya ordusuna məxsus idi, lakin bununla bağlı rəsmi bəyanat verilməyib.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail   Rusiya.Pantsir-S1  


Bizi "telegram"da izləyin