Rusiya Suriya ilə S-300-lər üzrə danışıqlar aparmır

2018/05/2001-S-300_1526017454.jpg
Oxunub: 1375     13:44     11 May 2018    
“Rusia Suriyanı S-300 zenit raket kompleksləri ilə təchiz etmir və onların təchizatına dair danışıqlar aparılmır”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib.

“Hələlik heç bir müasir sistemlərin təchizatından bəhs etmək olmaz. Suriya Silahlı Qüvvələrində müdafiə olunmaq üçün lazım olan hər şey var”, - deyə Kojin bildirib.

O qeyd edib ki, buna baxmayaraq Suriya ilə S-300 zenit raket komplekslərinə dair danışıqların aparılacağını istisna etmək olmaz.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   S-300  


Bizi "telegram"da izləyin