Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov bildirib.
“O, son texnologiyaya sahib, uzaqmənzilli hipersəs raketidir, gözəgörünməzdir, böyük döyüş potensialı və imkanları var. MiQ-31 isə onun daşıyıcısı olacaq. Bu qırıcılar raket üçün tələb olunan sürətə ən uyğun təyyarələrdir”, - deyə Borisov qeyd edib.
Borisov bu gün on qırıcının döyüş tapşırığı sınağından keçirildiyini və situasiyadan asılı istifadə üçün hazır olduğunu əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az