Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat Əfqanıstan HHQ və artilleriya qüvvələri ilə kordinasiyalı olaraq həyata keçirilib. Əməliyyatlar Nanqarhar, Laqman, Qəzni, Loqar, Qəndahar, Badqis, Qor, Balx, Fəryab, Baqlan və Hilmənd vilayətini əhatə edib.
Bu əməliyyatlar nəticəsində ümumilikdə 107 terrorçu məhv edilib və 43 terrorçu yaralanıb. Həmçinin onlara məxsus geniş miqyasda silah-sursat ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az