Rusiya pəhləvanı “Vityaz”, yoxsa İsrail ildırımı “Barak-8ЕR”: Toqquşma nə ilə nəticələnəcək?

2018/05/1_1525934785.jpg
Oxunub: 1524     14:47     10 May 2018    
Ordu.az rusiyalı ekspert Yevgeni Damantsevin və hərbi ekspert Vüqar Miraslanovun, Azərbaycan Ordusunun silahlanmasında olan “Barak-8” hava hücumundan və raket hücumundan müdafiə sisteminin qabaqcıl dünya nümunələri ilə müqayisəsini təqdim edir.

Yarımaktiv radiolokasiya tuşlama sistemli zenit-raket kompleksləri qabaqcıl dövlətlərin HHM qoşunları strukturunda (əsasən Rusiyada – red. V.M) keçən əsrin 70-ci illərindən bu günədək çox populyardır.
Həmin metodla hədəfə tuşlanan sistemlərin arasında ən yaxşıları kimi İsrail E-2C təyyarəsini vurmuş S-200 (“Anqara”, “Veqa” və “Dubna” modifikasiyalarında); 2K12 “Kub” və 9K37 “Buk” ZRK ailəsini; əlbəttə ki, radiolokasiya siqnaturası 0,02-0,05 kv.metrə bərabər hava-kosmik hücum vasitələrini vura bilən S-300P/PM1 (gəmi üçün S-300F) ailəsini misal gətirmək olar.

“Patriot” ZRK-larını və gəmi döyüş informasiya-idarəetmə sistemi “Egida” vasitəsilə idarə olunan SM1/2 (yalnız SM-1 də - red. V.M) raketlərini bu sistemlərin xarici konseptual analoqları hesab etmək olar. Özəlliklə yarımaktiv tuşlama xüsusiyyətinə, passiv Faza antena qəfəsinin (FAQ) tətbiqinə görə və yüksəksürətli elektron hesablayıcı vasitələrin tətbiqinə görə “S-300”lər çoxkanallı xüsusiyyət əldə edib ki, bu da eyni zamanda 6 hədəfə atəş açmağa imkan verdi.

Bununla belə artıq, 2015-ci illərdə yarımaktiv döyüş başlığı olan raketlərin (9M38M1, 5V55R,48H6) layiqli rəqibləri yaranmağa başladı. Bunlar aktiv radiolokatorlu döyüş başlıqları olan tutucu raketlər idi.


S-300PS kompleksinin 5V55R idarəolunan zenit raketi dünyada ilk hipersəs sürətli effektiv yarımaktiv başlıqlı olaraq, həm aerodinamik, həm də ballistik hava-kosmik zərbə vasitələrinə qarşı mübarizə apara bilən S-300PS sisteminin tərkib hissəsidir. Maksimal sürəti 6650 km/saata çatan raket 30 g sərbəstdüşmə əmsalı qədər təcillə manevr edərək, hədəfi 27 km hündürlükdə vura bilir. 5V55R raketi hədəfə arxadan və böyürdən çata bilmək xüsusiyyətinə (bu xususiyyətlər ona düşmən divizionunun üstündən adlayıb keçəndən sonra, ikinci dərəcəli istiqamətlərin müdafiəsi üçün, divizionun döyüş mövqeyini aşkar etmiş düşmən qanadlı raketlərlə onu yandan adlayıb keçmək istəyərsə lazım olur- red. V.M) də malikdir. Hədəfi MİM-104-dən fərqli olaraq daha ağır qəlpəli-fuqas başlığı ilə vurur. 5V55R raketində 133 kq, MİM-104-də isə 91 kq-dır.

Aktiv radiolokatorlu idarəetmə başlıqlı raketlər yarımaktiv başlıqlı raketlərin iki çatışmaz cəhətini aradan qaldırdı:

1.Aşağı hündürlükdən uçan hədəflərə radioüfüq arxasındakı (təxminən 30 km) məsafədən atəş açmaq imkanı olmaması;
2.Еkstremal şəraitdə kompleksin çoxfunksiyalı radarının buraxıcı qabiliyətinin məhdudluğunu aradan qaldırır.

Belə ki, yarımaktiv başlıqlı raketlərlə S-300 stansiyasının 30N6E ÇRLS-nın atəş kanalının sayı 6, “Patriot”un ÇRLS-nin atəş kanalının sayı 8 idisə, aktiv başlıqlı raketlərin tətbiqi onların imkanlarını qat-qat artırdı. Bu halda stansiyanın radarı hədəfi yalnız raketin başlığındakı radiolokatoru onu müşayiətə götürənə qədər müşayiət edir. Raket hədəfi özü müşayiətə götürən kimi, onu atıb, başqa hədəfə atəş açmağa hazır olur. Bu da komplekslərin atəş məhsuldarlığını kəskin artırır. Döyüşü idarəetmə məntəqəsi həmin anda başqa bir hədəfə atəş açır və ya raketi buraxır. Radioüfüq arxasında olan hədəflərə atəşə qalanda isə, perspektiv S-400 ZRK-sı, istismarda olan “Patriot PAC-3” və “SAMP-T” həmin hədəfə 9M96E2, ERİNT və “Aster-30” raketləri ilə uzaq radiolokasiya müşahidəsi təyyarəsindən (“uçan radar”) və hədəfə yaxın başqa bir müşahidə məntəqəsindən alınan məlumat əsasında atəş aça bilmək imkanına malikdir. Qərb sistemlərində bu məlumat “Link-16” kanalı ilə, rus sistemində isə “Polyana-D4M1/Baykal-1ME” avtomatik idarəetmə sistemlərinin (AİS) radiokanalları vasitəsilə ötürülür.

Aktiv idarəetmə başlıqlı raketlər istifadə edən yeni nəsil zenit-raket komplekslərinin iki parlaq nümunəsi 50R6A “Vityaz” (S-350) və İsrailin “Barak-8ER” sistemləridir.

50R6A layihəsinin ilk eskiz görünüşləri təxminən 1992-1994 cü illər arasında yaranıb. “Almaz-Antey” Səhmdar Cəmiyyətinin yeni məhsulu S-300PS/PM1 ailəsinin layiqli əvəzedicisi olmalı idi ki, bu günkü gün üçün onun 25 illik layihələndirmə proqramı özünü tam doğruldub. Bəli, həddindən çox vaxt apardı! Amma Rusiya Federasiyasının 90-cı illərin ortalarında, 2000-ci illərin əvvəlindəki iqtisadi vəziyyəti, əfsuslar olsun ki, çox aşağı səviyyədə idi. Əgər 50P6A özüyeriyən atəş qurğuları və 50H6E çoxfunksiyalı müşahidə-atəş radarının maketləri 1999-cu ildə ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirilmişdisə, artıq 2017-ci ilin dekabrında indi də tamamlanmamış dövlət sınaqları yekunlaşdırılıb, S-350 kompleksi təhvil verilməli idi. Baxmayaraq ki, “Vityaz”ın baza elementini təşkil edən 9M96E2 yüksəkmanevrli raketi bu illər ərzində bir neçə mərhələdə hazır məhsul və poliqon sınaqlarını keçib. Bu raketlərlə S-400 və “Redut” kompleksləri də silahlanacaq. Bununla da raketin və kompleksin Rusiya Hava-Kosmik Qoşunlarının silahlanmasına qəbulu təxminən 2019-cu ildə gözlənilir.

Döyüş mövqeyində tək dayanan S-300PS/PM1/2 zenit-raket divizionunun tətbiq etdiyi yarımaktiv başlıqlı raketlərinin xususiyyətlərinə görə, onun 30N6E2 çoxfunksiyalı RLS yalnız bir istiqamətdə hədəfləri müşayiət etmək imkanı olduğu halda, tək dayanan “Vityaz” zenit-raket divizionu, fərqli olaraq, eyni zamanda 360° rakursunda havadan hücum vasitələri ilə mübarizə apara biləcək. Buna 9M96E2 raketi hədəfi müşayiətə götürəndən sonra “atdın-üzünü döndərdin” (əslində bu prinsipi həmin kompleks üçün “atdın-üzünü döndərdin” yox, hədəfi raketin başlığına “müşayətə verdin-üzünü döndərdin” kimi başa düşmək lazımdır – red. V.M) prinsipinin yeridilməsi hesabına nail olunub. Amma bununla yeni S-350 sisteminin S-300 və onun xarici analoqlarından yeni üstün cəhətləri bitmir. Bu haqda aşağıda yazacağıq. Çox ehtimal ki, S-350 kompleksi Aerokosmik Qoşunları və Quru Qoşunlarının birləşmələrində xidmətdən əlavə dünya bazarına da çıxarılacaq. Bu nəticə, “Almaz-Antey” Səhmdar Cəmiyyətinin baş konstruktoru Pavel Sozinovun sözlərindən çıxır. 2015-ci ildə o “Vityaz”ın ixrac gələcəyi olmasını təsdiq etmişdi. Burada bizim məhsulun müəyyən qədər çox ciddi rəqibləri var ki, onların da taktiki-texniki xüsusiyyətləri yüksək səviyyədədir. Onların bəziləri hətta Ön Asiya səhralarında döyüş sınağından da keçiblər. Bu sırada daha məhşur və yayılmış rəqib “Patriot” PAC-3 zenit-raket kompleksidir.

2015-сi ilin yayından başlayaraq, bu komplekslə silahlanmış Səudiyyə Ərəbistanı ordusu bir neçə uğurlu atəşlə 8K14 “Elbrus” (“Scud-B”) operativ-taktiki ballistik raketini məhv ediblər. Bu sistemin ballistik hədəfi məhv etmə sərhəddi kompleksdən 20 km radiusda, aerodinamik hədəfi məhv etmə sərhəddi isə 60 (əslində bu məsafə müxtəlif mənbələrdə 160 km-ə qədər dəyişir –red V.M) kilometrdir. Hədəfi maksimal vurma hündürlüyü 24 kilometrdir. ERİNT raketinin ifrat manevrliyi 10 seksiyada cəmlənmiş 180 qaz-dinamik reaktiv mühərrikdən (hər seksiyaya 18 mühərrik) ibarət yana döndərmə idarə kəməri ilə əldə olunur. Bu da imkan verir ki, raket 50-60 g təcillə manevr etsin və hətta manevr edən ballistik hədəfi “hit-to kill” adlandırılan birbaşa kinetik zərbə ilə (özünü hədəfə çırpmaq yolu) məhv etsin. Hal-hazırda bu raketin daha təkmilləşmiş modeli hazırlanır ki, onu yeni “Patriot PAC-3MSE” batareyalarında (bu sistemin 8 batareyası 2018-ci ilin martın 23-də bağlanılan müqaviləyə görə Polşaya veriləcək. ABŞ təsnifatında sovet divizionunu batareya əvəz edir. Batareyalar batalyonda birləşir. Ola bilsin ki, ABŞ ZRK-larının Sovet kompleksləri ilə müqayisədə ştat heyətinin daha az olması belə təşkilat-stat strukturu yaradıb – red. V.M) istifadə edəcəklər. Təkmilləşdirilmiş MİM-104F daha iri ölçülü qanadlarla təhciz olunaraq, iki rejimli reaktiv mühərriklə təhciz olunub ki, o da ballistik hədəfin tutulmasını 33 km uzaqlıqda, aerodinamik hədəfin tutulmasını 90-100 km uzaqlıqda həyata keçirməyə imkan verir.


Orta uzaqlıqlı MİM-104F ERİNT antiraketi standart modifikasiyada

K diapazonlu millimetrlik dalğalarda işləyən (K diapazonu santimetrlik diapazondur – red. V.M ) Aktiv idarə başlığına malik MİM-104F raketi AN/MSQ-104 döyüş idarəetmə məntəqəsi və “Link-16” terminalı ilə birlikdə üfüqdən arxadakı hədəflərə atəş açmağa imkan verir.
Sistemin maneəyə davamlığını və hədəfin müşayiət məsafəsinin artırılmasını modernizə olunmuş çoxfunksiyalı aktiv faza qəfəsli (AFQ) AN/MPQ-65 radiolokasiya stansiyası təmin edir ki, (bu radarın aktiv müstəvi qəfəsi, qallium nitriddən hazırlanmış ayrı-ayrı qəbul-ötürücü modulları klasterindən yığılıb – red. V.M) MİM-104F raketinin sürəti 5M-a çatır (5320 km/saat). Görürük ki, “Patriot PAC-3MSE” “Vityaz”la həm aviasiya əleyhinə, həm də raket əleyhinə mübarizədə raqabət qabiliyyətinə malikdir. Lakin “21-ci əsrin Patriotu”nu rəqabətə davamlıqda “Vityaz”la müqayisə etmək yanlış olardı. Çunki, ABŞ hökümətinin Dövlətlərarası hərbi əməkdaşlıq agentliyi “Foreign Military Sale” PAC-3 kompleksinin ön Asiyada, Avropada və Uzaq Şərqdə güclü lobbi proqramları ilə müşayiət edir. Məsələn, Qətərin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin ordularında “Patriot” batareyalarının alışı, servis qulluğu gözəl işlənilib və avtomatizmə çatdırılıb. Əlavə olaraq, bu ölkələrə həmin silahın satışı ABŞ-ın dövlət maraqları siyahısına daxildir ki, bunu da İranla qarşıdurmanın bir elementi hesab etmək olar. Bu səbəbdən Səudiyyə Ərəbistanının əlavə sifariş verdiyi batareyalara sanballı endirim ola bilər. S-350 “Vityaz” Zenit-raket kompleksinin taktiki-texniki xüsusiyətlərini (TTX) “Barak-8ER” raketi ilə müqayisə etmək daha obyektiv və məqsədəuyğundur. “Rafael” şirkətinin “ELTA Systems” və MBT şirkətləri ilə kooperasiyada istehsalı olan “Barak” sisteminin ilk modifikasiyası gəmilərin yaxından özünümüdafiə ZRK-sı “Barak-1” (PDM-1) 1987-ci ildən İsrail HDQ gəmilərində xidmət edir.

Əvvəlcə bu sistemlə “Xeç” tipli raket katerlərini təhciz edirdilər. Sonradan daha müasir “Saar-5” tipli korvetləri də təhciz etməyə başladılar.

“Вarak” sisteminin eksport reklamı Hindistan HDQ gəmilərinin HHQ sistemlərinin (qeyd edək ki, bu sistem həmin tenderdə Rusiyanın təklif etdiyi müasir sistemlərə də qalib gəlmişdi – red. V.M) yeniləşdirilməsi proqramından başlayıb.

Onları modernizə olunan “Brahmaputra”, “Qodavari” və daha müasir “Şivalik” tipli keşikçi gəmilərinə; “Racput” və “Dehli” tipli eskadra minadaşıyıcı gəmilərinə quraşdırırlar; “Barak-1” kompleksi hind gəmi zərbə qrupu və aviadaşıyıcı zərbə qrupu orderlərinin havadan və raketdən medafiəsini 10 kilometr radiusunda təmin edirdi. Bununla yanaşı 4 metr hündürlükdən uçan effektiv əksetmə sahəsi 0,1 kv.m olan C-802 Çin gəmi əleyhinə raketlərindən və həmçinin həmin effektiv əksetmə sahəsi olan 800-900 m/san sürətlə uçan radar əleyhinə raketləri qurmaq imkanı da əldə olunurdu. Kompleksin seçilən xüsusiyyəti bu idi ki, 6 saniyə ərzində döyüş hazırlığına gətirilsə də (“Kortik” zenit-raket artileriya sisteminin reaksiya müddəti ilə yaxındır), o biri xüsusiyyətləri aşağı səviyyədə idi.


“Barak-1” idarəolunan zenit raketinin 2450×250×250 mm ölçülü atəş-nəqliyyat konteynerindən atəşi. Şaquli atəş qurğusuna 8 belə konteyner yerləşir

“Barak-1”ZRK-nın hədəf kanallığı sayı santimetrlik (X) və millimetrlik (Ka) diapazonlarda işləyən EL/M-2221 STGR fasiləsiz şüalandırıcı radarların sayı ilə müəyyən olunur. Məsələn, “Şivalik” tipli freqatlarda yalnız 2 bu tipli bir kanallı “radiolokator projektoru” quraşdırılıb. Bu da onu göstərir ki, gəmi HHM sistemi eyni vaxtda yalnız iki hədəfə atəş aça bilər. EL/M-2221 radarının millimetrlik diapazonu kifayət dərəcədə yaxşı dəqiqlik xüsusiyyətlərinə, əsasən də çox kiçik ölçülü hədəflərin aşkarlanmasına malikdir. Lakin parabolik antenanın konstruktiv xüsusiyyətləri və iş prinsipi çoxkanallılıq imkanı verə bilmir. Bundan ötrü gəminin dor ağaclarına çoxlu radiolokator projektorlarının boşqablarını asmaq lazımdır ki, bu da müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq. Analoji problemlə “İcis” Döyüş İnformasiya-İdarəetmə Sistemi (DİİS) ilə idarə olunaraq, gəminin hava hücumundan müdafiəsini həyata keçirən ABŞ raketi “SM-2”nin müxtəlif modifikasiyaları ilə də qarşılaşır. Belə ki, SM-2MR Block III/A yarımaktiv başlıqlı, köhnəlmış raketi də radiolokatordan bütün uçuş trayektoriyası boyu fasiləsiz şüalanma tələb edərək, onu bir atəş kanallı (burada müəllif ya bilərəkdən səhv edir, ya da mövzunu kifayət qədər bilmədiyindən səhv nəticələr çıxarır. Belə ki, SM-2 raketləri ailəsi hədəflə əvvəlcədən hesablanmış görüş nöqtəsinə inersial naviqasiya sistemi ilə göndərilir. Raket hədəfə yaxınlaşanda gəminin yönləndirici radiolokatoru bir neçə saniyəlik işə düşərək, onun yarımaktiv başlığına hədəfi dəqiq göstərir. Əgər hədəf göydə kəskin manevr edib istiqamətini dəyişərsə, raketin inersial başlığına yüklənmiş koordinatlar rabitə kanalları vasitəsilə onu yeni nöqtəyə yönləndirir. Bu da “İcis” (Egida) sistemini hədəf üzrə çoxkanallı edir. Raket üzrə sistem onsuz da qat-qat çox kanala malikdir –red. V.M) edir.


Tədqim edilən fotoda İsrailin "Eylat" korvetinin (Saar-5 sinfli) baş göyərtə tikilisi göstərilib. Pilləkəndən bir az solda EL/M-2228S AMDR ikitərəfli impuls-doppler radiolokasiya aşkarlayıcısının antena postunu görmək olar. Həmin RLS ikidiapazonlu olaraq, həm desimetrlik S diapazonunda, həm də santimetrlik G diapazonunda işləyir ki, bu da “Patriot” kompleksinin çoxfunksiyalı AN/MPQ-53 RLS-ində olduğu kimidir. EL/M-2228S RLS-i effektiv əksedici sahəsi 0,1 kv.m olan 20 hədəfi 17 km məsafədən dayanaqlı müşayiətə götürə bilir. Ondan bir qədər aşağıda hədəfi fasiləsiz şüalandıran EL/M-2221STGR radarı yerləşdirilib. Radar birkanallı olaraq, aşağı atəş məhsuldarlığına malikdir. Buna baxmayaraq, radar çoxfunksiyalı atəş-idarəetmə radarları sinfinə aiddir. Hava hədəfini “Barak-1” raketi üçün “işıqlandırmaqdan” əlavə, bu stansiya millimetrlik diapazonuna görə yüksək dəqiqliklə müxtəlif gəmi zenit-artilleriya komplekslərini də idarə edə bilir. Həmçinin bu radar böyük kalibrli gəmi artilleriyasınin atəşini və gəmi əleyhinə raketlərin atəşini idarə edə bilir. Onun standart hava şəraitinə nəzarət rejimi də var ki, bu da antena postunun dəqiqədə 20 dövr edərək fırlanması yolu ilə həyata keçirilir. Aşagıdakı fotoşəkildə radarın parabolik antenasının sol böyründə televiziya-optik tuşlayıcını da görə bilərsiniz ki, onun da köməyi çətin elektron maneələr şəraitində atəşi idarə etmək üçündür. Antena “boşqabının” sağ tərəfində kiçik antena modulları yerləşir ki, onlar da “Barak-1” raketi ilə radiokorreksiya kanalları yaratmaq üçün nəzərdə tutulur.


«Barak-1» kompleksinin mühüm çatışmazlığı onun raketinin 1,6M (Max ədədi) -1960 km/saat olan “tısbağa” sürətidir ki, onunla sürətli hədəfləri qovma kursu ilə vurmaq qəti mümkün deyil (müəllif yəqin bununla demək istəyir ki, gəmi arxasınca düşüb qovduğu təyyarələri bu ZRK ilə vura bilməyib, əlindən buraxacaq – red. V.M) “Barak-1” sisteminin döyüş qabiliyyəti Rusiyanın gəmi ZRK-sı “Kinjal”dan çox aşağıdır. Yalnız köhnəlmiş sistemlər olan “Osa-M/MA2” kimi sistemlərdən üstün ola bilər.

(Ardı var...)
Hərbi ekspert Vüqar Miraslanov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vityaz   Barak  


Bizi "telegram"da izləyin