Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən tərəflər bu sistemin prototipinin hazırlanması və sınaqdan keçirilməsi üçün 1 milyon dollar xərcləməyi planlaşdırır.
Yeni sistem ənənəvi analoqlarından əhəmiyyətli dərəcədə səssiz olacaq. Onun həmçinin şaquli qalxıb-enmə imkanına malik olması da gözlənilir.
ABŞ ordusunun Tədqiqat Laboratoriyasının nümayəndəsi olan Caret Riddik bildirib ki, ordu eyni zamanda şaquli qalxıb-enmə imkanına malik və indikilərdən olduqca az səs çıxaran dronların hazırlanması üzrə də işlər aparır.
Ağalar Ağalarlı
Ordu.az