Bu PUA-lar gələcəkdə şaquli qalxma-enmə imkanına malik olacaq

2018/05/546456_1525352395.jpg
Oxunub: 4163     01:18     04 May 2018    
“AeroVironment” gələcək PUA-larına şaquli qalxma-enmə imkanı təmin etmək məqsədilə “FlightWave” şirkəti ilə əməkdaşlıq edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bəyanat yayan şirkətlər artıq əməkdaşlıq üzrə müqavilə bağlandığını da elan edib.

“AeroVironment”in hazırkı dronlarının əksəriyyəti (“Puma AE və “Raven AE”) sabit qanadlı dronlardır və onlar əsasən əllə yaxud katapult olaraq havaya qaldırılır və nəzarət üçün istifadə olunur. Şirkətin sadəcə sonuncu istehsalına başladığı “Snipe” kiçik kvadrakopter və “Quantix” dronları şaquli qalxma-enmə imkanına sahibdir.

Yeni başladılan əməkdaşlıq nəticəsində kompaniyanın istehsal etdiyi bütün dronların bu qabiliyyətlə təmin edilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Snipe   Quantix  


Bizi "telegram"da izləyin