ABŞ ordusu “Uber”, “Waymo” və “Tesla”nı üstələyir

2018/05/34645_1525182320.jpeg
Oxunub: 2306     22:08     01 May 2018    
ABŞ Quru Qoşunları özüyeriyən maşınların hazırlanması sahəsində nəhəng texnologiya şirkətlərini geridə qoyur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə danışan Pentaqonun tədqiqat və mühəndislik idarəsinin rəhbəri Maykl Qriffin avtonom maşınların itkiləri azalda biləcəyini bildirib.

Onun sözlərinə görə, döyüş meydanında ərzaq, yanacaq və digər yükdaşıma xidməti göstərən əsgərlər arasında itki miqyası 52%-ə çatıb. Bu səbəbdən dolayı özüyeriyən maşınlara olan tələbat olduqca böyükdür.

Daşınma xidmətlərində insanları süni zəkalı sistmelərlə əvəzləmək yaralanma və ölüm hallarını ciddi ölçüdə azalda bilər.

Qriffin bildirib ki, özəl ticarət şirkətləri avtonom maşınları şəhər küçələrində istifadəyə vermədən öncə Pentaqon onları döyüş meydanında istifadəyə verməyi hədəfləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tesla   Uber   Waymo  


Bizi "telegram"da izləyin