Ordu.az “GM Inside News” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“General Motors”un hərbi texnika istehsalına qayıdacağı barədə hələ 2017-ci ilin sonlarında məlum idi. Bu günlərdə isə şirkət “hidrogen mühərrikli nəqliyyat vasitələri” üçün qeydiyyat barədə müraciət edib.
Layihə özünə üzərində hərbi təyinatlı maşınların istehsalını təmin edən ağır universal şassini – SURUS-u ifadə edir.
“General Motors”un bazarda hərbi təyinatlı texnika üçün ticarət nişanı “GM Defense” olacaq.
Ağalar Qəribov
Ordu.az