Ermənistanda aprel döyüşçüsü etiraz etdi: "Vigen üzr istəməlidir"

2018/04/435345_1525076146.jpg
Oxunub: 4128     16:12     30 Aprel 2018    
Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında, mitinq zamanı özünü aprel döyüşçüsü kimi təqdim edərək, çıxış edən Manuel Manukyanın, əslində aprel döyüşləri iştirakçısı olmadığını qeyd edib. O, Manukyanın aprel döyüşləri zamanı hərbi hissədə döyüş növbətçiliyində olduğunu, ön xəttdə olmadığını və döyüşlərdə iştirak etmədiyini bildirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Manuel Manukyan Vigen Sarkisyanın yalan danışdığını və bu yalana görə üzr istəməli olduğunu bildirib.

O, aprel döyüşlərində iştirak etdiyini, lakin xidmət etdiyi hərbi hissədə heç kimin hərbi biletində döyüşlərdə müharibədə iştirak etmələri barədə müvafiq qeydlərin aparılmadığını qeyd edib. Manukyan döyüş yoldaşları ilə birlikdə nümayişdə iştirak etdiklərinə görə müdafiə nazirinin verdiyi açıqlamasını və ümumiyyətlə nazirin təhlükəli olduğunu deyib.

Manukyan, aprelin 1-də ön xəttə posta getdiyini, aprelin 2-də isə müharibənin ilk günündən post başçısı olaraq orda olduğunu bildirib. Onların xidmət etdiyi mövqedə taqım komandiri olmadığı, bütün bölükdə 1 bölük komandiri, 3 taqım komandiri zabit tələb olunduğu halda, xidmət etdiyi bölükdə cəmi 1 leytenant olduğunu, bölüyün bütün problemləri və yükünün çavuşların üzərində olmasını qeyd edib.

O, bildirib ki, Vigen Sarkisyan bəyanat verərək yalan açıqlama verdiyini və ya ona yalan məruzə olunduğunu etiraf etməlidir. Manukyan, Vigenin vəziyyətə nəzarət edə bilmədiyini və məlumatsız olduğunu qeyd edib.

Manukyan tələb edib ki, müdafiə naziri səlahiyyətlərini icra edən Vigen Sarkisyan verdiyini açıqlamanı sübut etmək üçün, ya onun aprel döyüşü zamanı ön xəttdə yox, başqa yerdə olduğunu sübut edən sənəd təqdim etməli, ya da üzr istəməlidir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vigen-Sarkisyan   Aprel-döyüşləri   Etiraz  


Bizi "telegram"da izləyin