İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 3593 nəfərə çatıb

2026/05/1779768538.jpg
Oxunub: 265     21:14     06 İyun 2026    
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə vilayətinə və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3593-ə çatıb, 10990 nəfər yaralanıb", - deyə nazirlik bildirib.

Qeyd edilib ki, atəşkəs elan olunmasına baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, buna görə də günün sonuna qədər qurbanların və yaralananların sayı arta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin