“Altay” tankları üçün yeni istehsalçı seçilib

2018/04/345345_1524905718.jpg
Oxunub: 3142     16:56     28 Aprel 2018    
Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı “Altay” tanklarının seriyalı istehsalı üçün istehsalçı seçdiyini açıqlayıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, seçim Türkiyənin “Otomotiv Sanayi ve Ticaret A.Ş.” üzərində olub.

Məlumata görə, Müdafiə Sənayesi Müstəşarlığının İcra Komitəsi çirkətlə 250 ədəd tankın yaradılması barədə razılıq əldə edib. Müqavilədə həmçinin tanklar üçün milli mühərrikin yaradılması da nəzərdə tutulub.

Beləliklə, buna qədər “Altay”ları istehsal edən “ Otokar Otomotiv ve Savunma Sanayi” şirkəti artıq işlərdən uzaqlaşdırılmış olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay-tankları   Türkiyə  


Bizi "telegram"da izləyin