“A-Square” özütuşlanan ağıllı güllə yaradıb

2018/04/34534_1524814778.png
Oxunub: 4409     15:38     27 Aprel 2018    
ABŞ-ın “A-Square” firması özütuşlanan güllələrin yaradılması üzrəində işləri tamamlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni güllələrin əsasında .577 kalibrli güllələr durur. Özütuşlanma “Silicon Standard Corp.” şirkətinin hazırladığı elektron kompas və “Atmel” firmasının hazırladığı mikrokonktreller sayəsində həyata keçirilir.

Güllə titan sonluğa malikdir və canlı qüvvə, örtülü yerlər və yüngül zirehli texnikanın məhv edilməsinə yönəldilib. Onlar vasitəsilə həmçinin tank və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq mümkündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: A-Square   Ağıllı-güllə   ABŞ  


Bizi "telegram"da izləyin