Ordu.az “Haberturk” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Türkiyə alyansın tərkibində açar rol oynayan müttəfiqdir. Türkiyə İŞİD terror təşkilatı ilə mübarizə məsələləri və ümumi təhlükəsizliyin təminatına ciddi yatırım edir. Türkiyə NATO üçün çox şey edir”, - deyə Stoltenberq bildirib.
NATO baş katibi həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Afrin ərazisində keçirilən “Zeytun budağı” əməliyyatını müzakirə etdiyini də açıqlayıb.
“NATO-nun heç bir müttəfiqi terrorizmdən Türkiyə qədər güclü əziyyət çəkməyib”, - deyə Stoltenberq vurğulayıb.
Ağalar Qəribov
Ordu.az