Ordu.az xəbər verir ki, “The National Interest” nəşri iki tankın müqayisəsini həyata keçirib.
ABŞ tankının zirehdələn mərmiləri “Relikt” dinamik müdafiəsi də daxil olmaqla müasir müdafiə sistemlərini dəlməyə qadirdir. Rusiya tankı isə öz növbəsində “Abrams”ın istifadə edə bilmədiyi “İnvar” tank əleyhinə raketlərlə təchiz olunub.
“Abrams” T-90-la müqayisədə daha müasir istilikölçənə sahibdir, lakin ABŞ tankı rusiyalı rəqibi ilə müqayisədə daha ağırdır və bu, özünü döyüş çərçivəsində manevr etmədə mütləq göstərir.
Ekspertlərin fikrincə, qarşıdurma halında hər iki tank bir-birinin zirehini dəlməyə qadirdir. Ümumi şəkildə onların imkanları bərabər olduğundan döyüş halında kimin qalib gələcəyi məhz tankçıların təcrübəsi və tank ekipajının hansı dərəcədə uğurlu olmasından asılıdır.
Ağalar Qəribov
Ordu.az