Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hurşit qayalıqları Türkiyənin Didim bölgəsinin yaxınlığında yerləşən sakinsiz ərazidir.
Aidiyyəti müəyyən edilməyən qayalıqlara yunan bayrağının sancılması son zamanlar gərgin olan Türkiyə-Yunanıstan münasibətlərini bir az da pisləşdirib.
Türkiyə Baş naziri Binali Yıldırım bu gün verdiyi açıqlamada Yunanıstanı yaxşı qonşuluq əlaqələri saxlamağa dəvət edib və bu kimi hallara lazımı cavabın veriləcəyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az