Stoltenberq Türkiyədə rəsmi səfərdədir

2018/04/5948451_1523874524.jpg
Oxunub: 1953     18:27     16 Aprel 2018    
NATO-nun Baş katibi Yens Stoltenberq bir qədər öncə rəsmi səfər çərçivəsində Ankaraya çatıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, burada onu Türkiyə Müdafiə Naziri Nurəddin Canikli qarşılayıb.

Canikli ilə görüşü zamanı Stoltenberq Bəşər Əsədi hökumətini hədəf alan ABŞ rəhbərliyindəki aviazərbələrin Əsəd, Rusiya və İrana açıq ismarıc olduğunu bildirib.

“Bu əməliyyat Əsəd rejimi və onun dəstəkçiləri olan Rusiya ilə İrana açıq mesaj verdi. Bununla onlara aydın oldu ki, beynəlxalq ictimaiyyət Suriyada baş verənləri səssiz şəkildə izləməyəcək”.

O, əməliyyataın Suriyada kimyəvi silahlardan istifadə imkanlarını azaltmağa yönəlik edildiyini vurğulayıb və dəstəyindən dolayı Türkiyəyə təşəkkürünü ifadə edib.

Türkiyənin Rusiyadan S-400 anti-ballistik raket sistemlərini alması ilə bağlı da danışan Stoltenberq bunu Ankaranın verə biləcəyi qərar olduğunu söyləyib.

“Bu, NATO üzvünün verəcəyi milli qərardır. NATO-ya maraqlı olan tərəfi onun alyansın havadan müdafiə sistemlərinə birləşdirilib-birləşdirilməyəcəyidir”, - deyə o bildirib.

Qeyd edək ki, Stoltenberqin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də görüşməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   NATO   Stoltenberq  

Stoltenberq Türkiyədə rəsmi səfərdədir

2018/04/5948451_1523874524.jpg
Oxunub: 1954     18:27     16 Aprel 2018    