"Ordunun təhlükəsizlik doktrinasına dəyişikliyin edilməsi, bu çərçivədə təlimlərin keçirilməsi və qəzaların azaldılmasına nail olmaq ABŞ ordusunun Döyüşə Hazırlıq Mərkəzinin (USACRC) əsas prioritetidir".
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ ordusunun generalı David Fransis səsləndirib.
“Bizim USACRC-dakı missiyamız itkiləri önləməkdə komandirlərə köməklik göstərməkdir. Çünki biz əsgərlərimizi və mülki qulluqçularımızı planetin ən təhlükəli bölgələrinə göndəririk. Bunu effektli etmək üçün ordunun təhlükəsizlik proqramını tamamilə yenidən gözdən keçirməliyik. Bu, döyüşçülərimizin növbəti missiyaya hazır olduğundan əmin olmaq üçün əhəmiyyətlidir”, - deyə Fransis əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Təhlükəsizlik-doktrinası