Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barəəd Türkiyə Müdafiə Sənayesi Katibliyi məlumat yayıb.
Məlumata görə, yeni zirehli maşın 16-cı Beynəlxalq Asiya Sərgisi və aprelin 19-da Malaziyada keçiriləcək “DSA 2018” müdafiə sahəsində sistem və xidmətlər konferensiyasında nümayiş etdirəcək.
PARS 6x6 İZCİ zirehli avtomobili bütövlükdə türk mühəndisləri tərəfindən hazırlanıb. O, saatda 8 kilometr/saat surətilə su maneələrini dəf etməyə qadirdir. Lakin zirehli maşının digər xüsusiyyətləri barədə məlumat verilmir.
Ağalar Qəribov
Ordu.az