Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Məlumata görə, ölkənin şimal hissəsində aparılan əməliyyatda Əfqanıstan milli ordusu, milli polis, və milli təhlükəsizlik idarəsi birlikdə fəaliyyət göstərir.
Əməliyyat çərçivəsində son olaraq 24 qiyamçı zərərsizləşdirilib, 43-ü isə yaralanıb. Ölənlərin 15-nin Taliban üzvü olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az