Ordu.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda bildirilir.
Məlumata görə, Mey onu tənqid edən parlamentarilərə Britaniyanın Suriyaya raket zərbələrinin endirilməsində iştirakının zəruri olduğunu izah etməyə çalışacaq.
Meyin bunun üçün seçəcəyi əsas sübut rolunda isə raket zərbələrinin bundan sonra Suriyada kimyəvi silah tətbiqinin qarşısının alınmasına səbəb olacağını göstərəcəyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az