Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə sabah başlayacaq Anma Günü öncəsi İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda bildirilir ki, 1860-cı ildən bu vaxta qədər xidmətdə olarkən 23645 hərbi qulluqçu həlak olub. Bu rəqəmə hökumət meyilli milislər və İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusu tərkibində vuruşaraq həlak olan Yəhudi briqadasının üzvləri də daxildir.
Ötən ilki Anma Günündən keçən müddət ərzində isə 71 əsgər həlak olub. Bunların sonuncusu Amerika doğumlu 22 yaşlı Eliyahu drori olub.
Ağalar Ağalarlı
Ordu.az