Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sovet dövrünün aviadaşıyıcısı olan “Liaoning”in 8 illik modernizasiya proqramı 2012-ci ildən etibarən davam etdirilir.
“Liaoning” hazırda keçmiş üslubda buxar turbini ilə enerji təminatı qəbul edir. Onun maksimum sürəti isə təqribən 52 km/saat-dır.
“Liaoning”in ümumi uçuş zolağının genişliyi 15100 kvadrat-metrdir. Bu, uçuş, təmir və dayanacaq bölgələri olmaqla üç hissəyə bölünüb. Aviadaşıyıcıda istifadə edilən əsas ləvazimat və sistemlərin hamısı Çinin yerli istehsalıdır. Burada 1200-dən çox növdə texnologiya istifadə edilib.
Müxtəlif növ təyyarələr üçün uyğun olsa da, əsas təyyarə qrupuna J-15 qırıcıları daxildir. Bundan başqa kəşfiyyat-nəzarət və sualtı gəmi əleyhinə helikopterlər də onun göyərtəsinə eniş edir. Onun silah platformasına havadan müdafiə raketləri, yaxın məsafə silah sistemləri və anti-torpedo sistemləri daxildir.
Ağalar Ağalarlı
Ordu.az