Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının rəsmi nümayəndəsi, 2-ci dərəcəli kapitan Nikolay Voskresenski bəyan edib.
“Hazırlıq planına uyğun olaraq “Vladimir Monomax” strateji təyinatlı sualtı atom kreyseri qruplaşma tərkibində şərti rəqibin sualtı gəmisinin axtarışı və izlənməsini həyata keçirib. Şərti rəqibin sualtı gəmisi qismində “Aleksandr Nevski” strateji təyinatlı sualtı atom kreyseri çıxış edib”, - deyə Voskresenski bildirib.
O qeyd edib ki, sualtı gəmilər təlimlər çərçivəsində hidroakustik vasitə və sualtı döyüş silahlarından istifadə ediblər.
Ağalar Qəribov
Ordu.az