Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin qərbində husi qiyamçılarının atdığı iki ballistik raketi zərərsizləşdirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlər Yəmənin qərbində Qırmızı dənizin sahilində yerləşən Moça şəhərinə atılıb.
Məlumata görə, hədəf ordunun Moçadakı hərbi bazaları olub. Lakin koalisiya qüvvələrinə yaxın mənbələr raketlərin uğurla zərərsizləşdirildiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Husi
Yəmən
Səudiyyə-Ərəbistanı