Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, səsverməyə çıxarılacaq mövzu Almaniya HHQ-nin azaldılmış sayda da olsa İŞİD əleyhinə kampaniyada iştirakını davam etdirməsi məsələsi olacaq.
Qeyd edək ki, ötən ay İraqa səfər edən Almaniya Müdafiə naziri Ursula Von der Leyne ölkəsinin İraqın mərkəzi hökumətinə dəstək məqsədilə qoşunlara təlim keçilməsində göstərdiyi yardımı genişləndirməyə qərarlı olduğunu bildirib.
Berlin 2014-cü ildən etibarən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın üzvüdür. O, bu vaxt ərzində İraqa ümumilikdə 1 milyard avro dəyərində humanitar, inkişaf və stabilləşdirmə yardımı təmin edib.
Ağalar Ağalarlı
Ordu.az