"Türkiyə ordusu Afrində 41 şəhid verib" - Ərdoğan

2018/03/6456_1520331927.jpg
Oxunub: 2333     18:04     06 Mart 2018    
“Hərakatın növbəti hissəsinin çox sürətli irəliləyəcəyinə inanıram”.

Ordu.az "Anadolu" agnetliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Afrində indiyədək 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-dən təmizlənib və həmin ərazilər hazırda Türkiyə ordusunun nəzarəti altındadır.

“46 gündür Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatında 2872 terrorçu zərərsizləşdirilib. Türkiyə ordusu 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və millətimizə başsağlığı verirəm”.

Ərdoğan, terror təşkilatının ciddi ehtiyat formalaşdırdığı və müqavimət göstərdiyi yerlərdən olan Racu və Şeyx Hədidin böyük qarşıdurmalar nəticəsində terrorçulardan təmizləndiyini və Cindərəsə təzyiqin artırıldığını bildirib.

Onun sözlərinə görə, hazırda həm qurudan, həm də havadan ciddi təzyiq altında olan Cindərəs də qısa müddətdə terrorçulardan azad olacaq.

“Bundan sonra, sıra Afrinin mərkəzində yuva qurmuş terrorçulara gəlir. Hərakatın növbəti hissəsinin çox sürətli irəliləyəcəyinə inanıram”, - deyə Ərdoğan əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin-əməliyyatı   TSQ   Şəhid  


Bizi "telegram"da izləyin