Ukrayna-NATO əməkdaşlığının formatı dəyişəcək

2018/03/picture2_ukraina-planiruet_339866_p0345435_1520327423.jpg
Oxunub: 4346     17:32     06 Mart 2018    
“2018-ci ildə Ukrayna ölkənin strateji hədəfləri – NATO-ya daxil olma üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə Şimal Atlantik Alyansına məlumat göndərəcək”.

Ordu.az Delo.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukranya baş nazirinin müavini İvanna Klimpuş-Sinsadze bəyan edib.

“Bu bildiriş NATO sammitinə də göndərilə bilər. Lakin bu, NATO-ya daxil olmaq barədə bildiriş deyil”, - deyə Klimpuş-Sinsadze bildirib.

Qeyd edək ki, artıq NATO-ya daxil olmaq istəyən ölkələr siyahısında Gürcüstan, Makedoniya və Bosniyanın adı yer alır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-NATO   Üzvlük  


Bizi "telegram"da izləyin