Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Gallup” sosioloji xidmətinin apardığı sorğunun nəticələri əsasında bəlli olub.
ABŞ vətəndaşları ölkələri üçün digər təhlükələrin olduğunu da düşünürlər.
Sorğuda iştirak edənlərin 81 faizi düşünür ki, kompüterlər vasitəsilə ABŞ cəmiyyətində xaos və qorxu yaratmaq mümkündür. 75 faiz düşünür ki, ən böyük təhlükə beynəlxalq terrorizmdir. Daha 38 faiz insan isə ən böyük təhlükənin miqrantlarla əlaqədar olduğunu zənn edir.
O cümlədən ABŞ vətəndaşlarının 40 faizi Çinin iqtisadi gücünün artmasının ABŞ-ın gücünə son qoya biləcək addım kimi qiymətləndiriblər. 36 faiz insan isə düşünür ki, İsrail və Fələstin arasında mövcud olan münaqişə ABŞ-ın maraqlarına ziddir.
Ağalar Qəribov
Ordu.az