Qazaxıstan Suriya üzrə xarici işlər nazirlərinin görüşünü təsdiqləyib

2018/03/orig-1520313006520864bb6094cf29e047094e855b38b9456456_1520321026.jpeg
Oxunub: 3303     15:22     06 Mart 2018    
Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya üzrə Astana görüşü martın 16-da keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Suriya üzrə Astana prosesinin qarantları olan ölkələrin - İran, Rusiya və Türkiyənin xarici işlər nazirliklərindən alınan məlumata görə, tərəflər Qazaxıstan paytaxtında 2018-ci ilin mart ayının 16-da görüşməyi planlaşdırırlar”, - deyə məlumatda qeyd edilir.

Tərəflərin danışıqlarda Suriyada vəziyyətin tənzimlənməsi üzrə birgə fəaliyyətləri dövründə əldə edilən uğurlar müzakirə ediləcək, həmçinin bundan sonra həyata keçiriləcək işləri planlaşdıracaqları bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   XİN  


Bizi "telegram"da izləyin