Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş bəyan edib.
O, bu barədə BMT Baş Assambleyasında öünün “Sülh quruculuğu və sülhün saxlanılması” adlı hesabatı ilə çıxış edərkən bildirib.
“Münaqişələrə reaksiya vermə taktikasını yenisi ilə dəyişmək lazımdır, artıq bu üsul effektivliyi ilə fərqlənmir”, - deyə Quterreş vurğulayıb.
Quterreş qeyd edib ki, hazırda BMT-nin baza kapitalı 250 milyon dollar təşkil edir və ölkələr bu məbləği iki dəfə artırmalıdır.
Ağalar Qəribov
Ordu.az