Avstraliya raket hücumundan xəbərdarlıq sistemlərini modernləşdirir

2018/03/234234890_1520315520.jpg
Oxunub: 2958     13:43     06 Mart 2018    
JORN layihəsi sayəsində həyata keçirilən modernləşdirmə işləri nəticəsində Avstraliya raket hücumundan müdafiə sistemləri 2040-cı ildə öz analoqlarını qabaqlayacaq.

Ordu.az “Australian Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avstraliya hökuməti yeni radar sisteminə 1,2 milyard dollar vəsait ayırmağı planlaşdırır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, bunun sayəsində Avstraliya ölkə hüdudlarında yerləşən radar sistemləri sahəsində dünya lideri olaraq qalacaq.

Avstraliya müdafə naziri hesab edir ki, raketdən müdafiə sahəsində Avstraliyanın təcrübəsi öz unikallığı ilə fərqlənir və bu baxımdan bütün dünya analoqlarını qabaqlayır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: JORN   Avstraliya  


Bizi "telegram"da izləyin