Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Davamlı İnkişaf Siyasət İnstitutunun təşkil etdiyi İnformasiya, Texnologiya və Telekommunikasiya araşdırma qrupunun iclasında müzakirə aparılıb.
Ekspertlər bu təhdidlərin qarşısının alınması üçün milli səylərin koordinasiya edilməsinə ehtiyac olduğunu dilə gətirirlər. Onların fikirlərinə görə, kiberhücumların nəticəsində qlobal iqtisadiyyat 2019-cu ildə 2 trilyon dollar itirə bilər.
Ekspertlər bu təhdidlərə qarşı tədbirlərin azlığından dolayı 2017-ci ildə 450 milyard zərərin dəydiyini vurğulayıblar. Onlar bu təhdidin durmadan genişləndiyini və onun ziyanlarını minimallaşdırmaq üçün beynəlxalq razılaşmaya ehtiyac olduğunu əlavə ediblər.
Ağalar Ağalarlı
Ordu.az