Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Krallıq bununla qərb müttəfiqlərindən olan ənənəvi asılılığını azaltmağı düşünür.
Xatırladaq ki, Donald Tramp ötən il bu ölkəyə səfəri zamanı ölkə rəhbərliyi ilə 110 milyard dollarlıq müdafiə müqaviləsi imzalayıb. Lakin 32 yaşlı şəhzadə isə artıq silahların yerli istehsalını hədəfləyib. O, hazırda 2% olan yerli istehsalı 2030-cu ilə qədər 50%-ə qaldırmağı düşünür.
Səudiyyənin bu yolda da partnyorlara ehtiyacı olacaq ki, bu da qərb kompaniyaları üçün yeni fürsətlər deməkdir. Həmin şirkətlər bu həftə ər-Riaydda baş tutan müdafiə sərgisində də böyük canfəşanlıqla iştirak ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Çin və Rusiya ilə də yaxşı əlaqələri mövcuddur. Xüsusilə Çin ər-Riyadın ən böyük neft müştərisidir. Hər iki ölkə Krallığın müdafiə sənayesində ABŞ-ın “Westinghouse Electric” korporasiyası ilə nüvə gücünə dair kontraktlar üzrə rəqabət aparır.
Səudiyyə Ərəbistanı 2018-ci il üçün 56 milyard dollar müdafiə büdcəsi ayırıb. “Raytheon” korporasiyası yerli sənayenin inkişafına dəstək verən əsas şirkətlərdən biridir. Kompaniya qarşıdakı 5-7 il ərzində Səudiyyə Ərəbistanının müdafiə sənayesindən 7 milyard dollar qazanmağı hədəfləyib.
Ağalar Ağalarlı
Ordu.az