Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bəyan edib.
Onun sözlərinə görə, Pxyonçxanda ABŞ və KXDR nümayəndə heyətləri arasında bilavasitə əlaqə baş tuta bilərdi.
“Təəssüf ki, bu təşəbbüs realizə edilmədi. Ümid edirik ki, amerikalılar və şimali koreyalılar tezliklə dialoq yolunun alternativsizliyini dərk edəcəklər”, - deyə Morqulov bildirib.
Ağalar Qəribov
Ordu.az