Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov bəyan edib.
“Koreyaarası dialoqun iqtisadi əməkdaşlıq da daxil olmaqla inkişafını dəstəkləyirik. Rusiya, KXDR və Cənubi Koreya arasında üçtərəfli layihələrin həyata keçirilməsi də Moskvanı maraqlandıran məsələlərdəndir”, - deyə Morqulov bildirib.
O qeyd edib ki, Şimali Koreya limanları vasitəsilə Rusiyanın Cənubi Koreyaya kömür satması BMT sanksiyaları ilə qadağan edilmir və bu sahədə də əməkdaşlıq etmək məqsədəuyğun olar.
Ağalar Qəribov
Ordu.az