Kanada Artikada hərbi təlimlərə başlayıb

2018/02/Военнослужащие-ВС-Канады-на-учениях-в-арктическом-регионе4564_1519461739.jpg
Oxunub: 3050     16:38     24 Fevral 2018    
Kanada hərbçiləri ölkənin arktik regionu olan Nunavutda irimiqyaslı təlimlərə başlayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

“NUNALİVUT əməliyyatı fevralın 23-dən 21-dək keçiriləcək. Təlimlərdə Kanada Silahlı Qüvvələrinin 350-dən çox hərbi qulluqçusu iştirak edəcək”, - deyə məlumatda bildirilir.

Təlimlərdə həmçinin Amerikanın ehtiyat qüvvələri, kanadalı reyncerlər, sualtı dalğıclardan ibarət hərbi qrup və müxtəlif mülki qurumların nümayəndələri iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Artika   Təlimlər  


Bizi "telegram"da izləyin