Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib.
“Bu, Birləşmiş Ştatların Şimali Koreya nüvə proqramını həll etmək yolunda əməli addım atmasının sübutu oldu. Biz bunu KXDR-in nüvəsizləşdirilməsi yönündə uğurlu siyasət olaraq dəyərləndiririk”, - deyə Cənubi Koreya XİN nümayəndəsi bildirib.
O qeyd edib ki, Cənubi Koreya və ABŞ Koreya yarımadasında sülhə və nüvəsizləşdirməyə nail olmaq üçün bütün sahələrdə əməkdaşlıq edəcəklər.
Ağalar Qəribov
Ordu.az