Rusiya MN Serbiyaya 2 milyon avro vəsait ayıracaq

2018/02/MIG29234234_1519453684.jpg
Oxunub: 2351     14:25     24 Fevral 2018    
“Rusiya Müdafiə Nazirliyi Serbiyaya 2 milyon avro vəsait ayırmaq qərarına gəlib”.

Ordu.az Vz.ru saytına istinadən xəbər verir ki, bu barədə Serbiya müdafiə naziri Aleksandr Vulin bəyan edib.

O xatırladıb ki, daha öncə Moskva Serbiyanı 6 ədəd MiQ-29 təyyarəsi ilə təchiz edib.

“İndi ayrılan 2 milyon avro isə bu qırıcılar üçün pilotların hazırlanması təyinatlıdır”, - deyə Vulin bildirib.

Serbiya müdafiə naziri həmçinin Serbiyanın hazırda Rusiya və Belarusla iki ədəd S-300 zenit raket sistemi və polk komanda məntəqəsinin təchizatı barədə danışıqlar apardığını vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Serbiya  


Bizi "telegram"da izləyin