Belarus bütövlükdə müqavilə əsaslı ordu sisteminə keçməyə hazırlaşmır

2018/02/832_1519387740.jpg
Oxunub: 1684     20:08     23 Fevral 2018    
“Hazırda Belarus Silahlı Qüvvələri çağırışçılar və müqavilə əsasında xidmət edənlərdən ibarətdir, lakin ölkənin bütövlükdə müqavilə əsaslı sistemə keçəcəyi planlaşdırılmır”.

Ordu.az News.21.by saytına istinadən xəbər verir ki, bu barədə Belarus müdafiə naziri Andrey Ravkov bəyan edib.

“Müdafiədəki çatışmazlıqlar, Silahlı Qüvvələrin şəxsi heyətinin tələbatları, Belarus üçün xarakterik olan digər xüsusiyyətlərlə əlaqədar olaraq və dövlətin iqtisadi imkanları nəzərə alınmaqla Belarus ordusunun bütövlükdə müqavilə əsaslı orduya çevriləcəyi kimi məqsəd nəzərdə tutulmayıb”, - deyə Ravkov bildirib.

O qeyd edib ki, Belarus ordusunda müqavilə əsasında xidmət edənlərin sayı artmaqdadır.

“Hazırda müqavilə əsasında xidmət edən əsgər və çavuşların sayı 20 faiz təşkil edir. 2014-cü ildə bu rəqəm 16 faiz, 2015-ci ildə 17 faiz, 2016-cı ildə isə 19 faiz təşkil edirdi”, - deyə Ravkov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Belarus-ordusu  


Bizi "telegram"da izləyin