Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
O qeyd edib ki, ABŞ Suriya prezidenti Bəşər Əsədə dəstək verən Rusiyaya təsiri davam etdirəcək.
“Biz Suriyadakı rejimi dəstəkləyənlərə və Şərqi Qutada baş verən hadisələri tördənlərə qarşı mübarizəmizi davam etdirəcəyik. Odur ki, Əsəd qoşunlarına növbəti zərbələri istisna etmək olmaz”, - deyə Heyli bildirib.
Ağalar Qəribov
Ordu.az