Dövlət Departamenti: Hərbi təyyarələrimizi ələ keçirdiniz kifayətdir!

2018/01/320_1517293257.jpg
Oxunub: 3023     14:21     30 Yanvar 2018    
ABŞ Dövlət Departamenti Rusiyanın Amerika hərbi təyyarələrini ələ keçirməsindən dərin narahatçılıq yaşaması ilə bağlı bəyanat yayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat fəaliyyəti həyata keçirən kəşfiyyatçı təyyarəsinin ələ keçirilməsi ilə bağlı ABŞ-ın narahatçılıq yaşamasından gedir.

Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin EP-3E “Aries II” radioelektron kəşfiyyat təyyarəsi neytral sularda Rusiyanın Su-27 qırıcısı tərəfindən ələ keçirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, ələ keçirmə təhlükəsizlik normalarına riayət edilməsi çərçivəsində həyata keçirilib. Amerika təyyarəsinin Rusiya qırıcısı tərəfindən müşayiəti onun Rusiya ərazisinə daxil olmasının qarşısını almaq xarakteri daşıyıb.

Həmçinin Rusiya Müdafiə Nazirliyi qarşı tərəfə sual da ünvanlayıb.

“Maraqlıdır, normalara riayət edən ABŞ kəşfiyyatçı təyyarəsi Qara dəniz üzərində nə unudub?”, - deyə nazirlik Dövlət Departamentinə sual ünvanlayıb, lakin qarşı tərəf suala şərh verməkdən imtina edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Departamenti   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin