Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Konfransın işində Rusiya Müdafiə Nazirliyinin idarəedici heyəti, federal nazirlik və qurumların rəhbərləri, müdafiə sənayesi kompleksinin nümayəndələri iştirak edəcəklər. Onlar Suriyada silah, hərbi və xüsusi texnikanın tətbiqini müzakirə edəcəklər”, - deyə Kremlin məlumatında qeyd olunur.
Konfransda ayrı-ayrılıqda və bütövlükdə müxtəlif texnika və silah nümunələrinin müzakirəsi aparılacaq, o cümlədən Rusiya texnikasının istifadəsi, təmiri və servis xidmətlərindən bəhs olunacaq.
Məlumata görə, konfransın nəticələri Rusiya dövlət silahlanma proqramının bundan sonrakı reallaşdırılması prosesində nəzərə alınacaq.
Ağalar Qəribov
Ordu.az