“Türkiyənin yanvarın 20-dən terrorizmə qarşı başlatdığı “Zeytun Budağı” əməliyyatı üzərində yayılan yanlış məlumat və fotoşəkillər qarşısıalınmaz xarakter almağa başlayıb”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Nazirliyindən yayımlanan bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, PYD, PKK və YPG kimi terrorçu qruplar tərəfindən aparılan bu dezinformasiya kampaniyası əməliyyatın legitim məqsədlərinə kölgə salmaq üçün edilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zeytun-budağı
YPG
Terror