Ordu.az “Fox news” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Almaniya prezidenti Frank-Valter Ştaynmayer səsləndirib.
İordaniyanın şimal-şərqindəki aviabazada yerləşən 300 nəfərlik alman kontingenti ilə görüşən prezident İŞİD-ə qarşı döyüşlərin uğurlu olduğunu, lakin hələ də davam etdirilməsinə ehtiyac duyulduğunu qeyd edib.
Xatırladaq ki, Almaniya Türkiyədəki qoşunlarını ötən il İordaniyaya köçürüb. Bu əsgərlər İordaniyada Suriya və İraqda kəşfiyyat əməliyyatları və dəstək missiyaları yerinə yetirir.
Ağalar Ağalarlı
Ordu.az