Yaponiya Pxenyana qarşı sanksiyaları dəstəkləyir

2018/01/f-nkcyber-a-20170306-870x580345345_1517293236.jpg
Oxunub: 4319     21:03     29 Yanvar 2018    
Yaponiya vətəndaşlarının təxminən yarısı - 52 faizi Şimali Koreyaya sanksiya təzyiqinin davam etdirilməsinin zəruri olduğunu düşünürlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Yaponiyalıların 11 faizi isə radikal şəkildə KXDR probleminin yalnız hərbi yolla həllinin mümkün olması qənaətindədirlər.

O cümlədən əhalinin 29 faizinin fikrincə, bu problem Pxenyanla dialoq vasitəsilə həll edilməlidir.

Qeyd edək ki, Koreya yarımadasında gərginlik Pxenyanın nüvə və raket proqramının inkişafı səbəbilə aktiv olaraq qalmaqdadır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR  


Bizi "telegram"da izləyin