Poroşenko Ukraynaya xarici qoşunların daxil olmasına icazə verib

2018/01/306_1517228604.jpg
Oxunub: 2576     20:22     29 Yanvar 2018    
Ukrayna prezidenti Petro Poroşenko xarici qoşunların Ukraynada təlimlər keçməsinə icazə verən qanunu imzalayıb.

Ordu.az 112.international saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin internet saytı vasitəsilə məlumat yayılıb.

Yeni qanunla aşağıdakı təlimlər üçün xarici qoşunların Ukraynaya buraxılmasına icazə verilib:

Ukrayna və Amerikanın “Rapid Trident 2018” və “Dəniz Brizi 2018” təlimləri;
Çoxmillətli “Light Avalanche 2018” və “Təmiz Səma 2018” təlimləri;
Ukrayna və Rumınıyanın “Riverian 2018” təlimləri.

Qeyd edək ki, qanun layihəsi yanvarın 18-də Ukrayna parlamenti tərəfindən qəbul edilib və sənəd rəsmi olaraq nəşr etdirildiyi gündən qüvvəyə minəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Amerika   Rumınya   HƏrbi-təlimlər  


Bizi "telegram"da izləyin