AŞPA prezidenti: "Ümid edirəm ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunar"

2018/01/6545_1517222702.jpg
Oxunub: 4160     18:43     29 Yanvar 2018    
"Biz Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə yönələn istənilən fəaliyyəti dəstəkləyirik".

Bunu AŞPA baş katibi Mikolo Nikoletti bildirib.

"Mənim Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyim Avropa Şurası Parlament Assambleyasının mövqeyi ilə eynidir. AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə beynəlxalq təşkilatların, o cümlədən BMT və ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilən fəaliyyətə hörmətlə yanaşırıq", - deyə Nikoletti bildirib.

Mikoletti Azərbaycanın AŞPA-dakı fəaliyyətinə də toxunub. O, parlament assambleyası çərçıvəsındə azərbaycanlı deputatların böyük aktivlik göstərməsini fərqləndirib.

"AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycan nümayəndə heyətinin üzvləri çox aktivdirlər və mən onların hesabatlarını yüksək qiymətləndirirəm. Biz qarşılıqlı dialoq formasında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx əməkdaşlıq edirik", - deyə Mikolleti vurğulayıb. (Report.az)

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Qarabağ  


Bizi "telegram"da izləyin