Avstraliya yeni müdafiə ixracat strategiyasını başladıb

2018/01/6456456_1517222318.jpg
Oxunub: 3719     18:37     29 Yanvar 2018    
Avstraliya beynəlxalq müdafiə satışlarını inkişaf etdirmək və 2028-ci ilə qədər bu sahədə dünyanın ilk onluğuna daxil olmaq üçün yeni strategiyasını nəşr edib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, yeni Müdafiə İxracat Strategiyası bu gün Avstraliya Baş naziri Malkolm Törnbul tərəfindən açıqlanıb.

Yeni strategiya 2016-cı ildə açıqlanan 162 milyard dollarlıq hərbi modernizasiya proqramına paralel olaraq beynəlxalq satışlarda böyük artıma yol açacaq. Bu strategiyaya uyğun olaraq beynəlxalq satışlar 3 milyard dollarlıq ixrac krediti və yeni təşəbbüslərlə dəstəklənəcək.

Baş nazirin bu siyasəti Avstraliya sənayesini gücləndirmək, yatırımları artırmaq və Avstraliya biznesində əlavə iş yaratmaq üçün önəmli bir layihədir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Müdafiə-strategiyası  


Bizi "telegram"da izləyin